Müsavatçının oğlu sərbəst buraxıldıbackend

Müsavatçının oğlu sərbəst buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahovun oğlu Bəxtiyar Əmrahovun evində axtarış aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun NOCOMMENT-ə verdiyi məlumata görə, iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub:

“Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün Bəxtiyar Əmrahov ondan 500 (beş yüz) manat pul almasına baxmayaraq heç bir müalicə işi aparmayıb.

Həmin şikayətlə əlaqədar Bəxtiyar Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq, izahatı alındıqdan sonra sərbəst buraxılıb”.