Musiqi Akademiyasının tələbəsi “Xurşidbanu Natəvan” medalı ilə təltif olundubackend

Musiqi Akademiyasının tələbəsi “Xurşidbanu Natəvan” medalı ilə təltif olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr tələbəsi, bəstəkar, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Musiqili Teatrının xor artisti və professor Aydın Əzimovun tələbəsi Aydan Əliyeva “Xurşidbanu Natəvan” medalı ilə təltif olunub.

“NOCOMMENT” xəbər verir ki, medal Aydan Əliyevanın yaradıcılıq fəaliyyəti ilə bağlıdır. Medal bəstəkara Adəm Xeyriyyə Assosiasiyasının rəhbəri Nicat Əsgərov və BMT-nin buradakı tərəfdarı Firdovsi Ələkbərov tərəfindən təqdim olunub. Tədbirdə Azərbaycan Respublikasının xalq artisti xanəndə Alim Qasımov da iştirak edib.

Qeyd edək ki, prezident İlham Əliyev bu ili Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilməsi ilə bağlı sərəncam imzalayıb. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaradıb, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub.