Musiqi məktəblərinə işə qəbul imtahanını DİM keçirəcəkbackend

Musiqi məktəblərinə işə qəbul imtahanını DİM keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanının test mərhələsi Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək.

Mərkəzdən NOCOMMENT.az -a verilən xəbərə görə, bu barədə DİM-də uşaq musiqi və incəsənət məktəblərinin direktorları ilə görüş zamanı məlumat verilib.

Görüşdə növbəti tədris ilində uşaq musiqi və incəsənət məktəblərinin tələbələri üçün monitorinq imtahanının keçirilməsi planları haqqında danışılıb.