Müslüm Maqomayevə məxsus dirijor çubuğu qorunur – FOTObackend

Müslüm Maqomayevə məxsus dirijor çubuğu qorunur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda görkəmli bəstəkar, dirijor, pedaqoq, ictimai xadim Müslüm Maqomayevə məxsus dirijor çubuğu qorunur. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə muzeydən məlumat verilib.

Çubuğun hər iki ucuna üzərində “M.Maqomayev” yazılmış metal lövhə bərkidilib. Əşya, içərisi bənövşəyi məxmərlə örtülmüş qutuya yerləşdirilib.

Qutunun üzərindəki metal monoqramda rus dilində “Əziz Muslüm Maqomedoviçə müəllim dostlarından. 31.03.1930-cu il” yazılıb.

M.Maqomayev “Şah İsmayıl” və “Nərgiz” operalarının müəllifidir. O, üç yüzə yaxın Azərbaycan xalq rəqsi, mahnı və digər melodiyaların simfonik şərhinin müəllifidir. Bəstəkar, eyni zamanda, Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyli ilə birlikdə bir sıra Azərbaycan xalq mahnılarını nota salaraq işləyib.

Muzeyin digər fondlarında da M.Maqomayevə məxsus materiallar yer alır.