“Müstəqilliyi qorumaq üçün “sülh yolu ilə getməli”yik” – Paşinyanbackend

“Müstəqilliyi qorumaq üçün “sülh yolu ilə getməli”yik” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin müxtəlif daxili və xarici çağırışlarla üzləşdiyini, lakin müstəqilliyini qorumaq üçün “sülh yolu ilə getməli” olduqlarını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan Ermənistanın müstəqilliyinin 32-ci ildönümü ilə bağlı videomüraciət yayıb.

Baş nazir ölkəsinin müstəqilliyini əldə etdikdən sonra müxtəlif çətinliklərlə üzləşdiyini, bu gün də çətin günlərin olduğunu, lakin ölkəsinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün sülh yolu ilə getməli olduğunu qeyd edib.