Günay Sadıqova Süleymanova adlı müştəri sosial şəbəkədə “İrşad” şirkəti ilə bağlı narazılığını paylaşıb. Onun sözlərinə görə, bu ilin aprel ayında “iPhone 16 Pro Max” və “Fakir” markalı elektrik çaydanı (ketl) alıb və alarkən 450 AZN məbləğində “Qızıl Zəmanət” xidmətinə də ödəniş edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, avqust ayında çaydan xarab olub və müştəri onu İrşad Elektroniksin servis mərkəzinə təhvil verib. Ona bildirilib ki, 2–14 gün ərzində məlumat veriləcək.
Lakin 14 gün keçsə də heç bir xəbər olmayıb. Günay Sadıqova Süleymanova şirkətlə əlaqə saxladıqda ona bildirilib ki, məhsulun təmiri 45 gün ərzində həyata keçirilir.
“6 ay olmadan aldığım məhsul xarab olur və təmiri 45 gün çəkirsə, mən 450 AZN ödədiyim qızıl zəmanəti bəzək üçün almışam?” – deyə müştəri sual edir.
Günay Sadıqova Süleymanova şirkətdən məsələ ilə bağlı aydınlıq tələb edir.