Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər – RƏSMİbackend

Müştərilər yenə ən çox Mehdiyevlərin bankından şikayət ediblər – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ay Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Bank BTB” ASC olub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, banklar üzrə şikayət indeksinin hesablanması “Şikayətlər üzrə bazar payı”nın “Müştərilər üzrə bazar payı”na olan nisbəti əsasında aparılır.

“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunub. “Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.

Məlumat üçün qeyd edək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,99%-i Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i Sadiq Rza İsmayıl oğluna, 6%-i isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.

“Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu bildirilir. Bankın digər səhmdarı Sadiq Rza İsmayıl oğlu isə onun qardaşıdır.

Onu da bildirək ki, Azərbaycanda fəaliyyət göstərən banklar arasında bu ilin ilk yarısını zərərlə başa vuran yeganə bank da “Bank BTB” ASC olub. “Bank BTB” ASC-nin xalis zərəri 1 milyon 699 min manat olub.

Məlumat üçün qeyd edək ki, artıq 5-ci ildir ki, “Bank BTB” ASC zərərlə işləyir:

2020-ci ildə – 9 milyon 130 min manat;
2022-ci ildə – 4 milyon 975 min manat;
2023-cü ildə – 2 milyon 779 min manat;
2025-ci ilin ilk yarısı – 1 milyon 699 min manat.