Mütəxəssisdən 14 fevralla bağlı XƏBƏRDARLIQbackend

Mütəxəssisdən 14 fevralla bağlı XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli infeksion xəstəliklər və mikrobiologiya üzrə mütəxəssis Ümid Savaşcı sevgililər günündə alınan güllərlə bağlı xanımlara xəbərdarlıq edib.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssisin fikrincə, pandemiya dövründə hədiyyə olunan güllərin qoxlanması risklidir: “Hədiyyə olunan güllərin üzərində aktiv virus cisimləri ola bilər. Virus səthlər üzərində 6 saata qədər qala bilir. Tövsiyə edirəm ki, alınan çiçəklər qoxlanmazdan əvvəl 6 saat açıq havada gözlənilsin. Sevgililər gününün həftə sonuna təsadüf etməsi əslində yaxşıdır. Pandemiya dövrü olduğunu nəzərə alaraq, kütləvi toplaşmaların qarşısını almaq üçün bu yaxşıdır”.

Mütəxəssis qida məhsulları və digər hədiyyələrə də diqqət olunmasının vacibliyini qeyd edib: “Hədiyyə olaraq paketli qidalara üstünlük verilsə, daha yaxşı olar. Eyni zamanda, oyuncaq ayı və digər əşyaları əvvəlcə dezinfeksiya edici məhsulla silmək lazımdır”.
Teleqraf