Müttəfiqlər razılaşdıqda NATO Ukraynanı alyansa dəvət edə biləcəkbackend

Müttəfiqlər razılaşdıqda NATO Ukraynanı alyansa dəvət edə biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqtonda keçirilən sammitdə Şimali Atlantika Alyansına üzv ölkələr müvafiq qərar qəbul etdikdən və bütün lazımi şərtləri yerinə yetirdikdən sonra Ukraynanı öz sıralarına dəvət etmək niyyətlərini təsdiqləyiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Ukrayna-NATO Şurasının Vaşinqtonda keçirilən iclasda qəbul edilmiş bəyanatında yer alıb.

Sənəddə qeyd olunur ki, müttəfiqlər razılığa gəldikdə və bütün şərtlər yerinə yetirildikdə Ukraynaya alyansa qoşulmaq üçün dəvət göndəriləcək.

İyulun 9-da Vaşinqtonda NATO-ya üzv ölkələrin toplantısı başlayıb. “Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda keçirilən bu üç günlük tədbir alyansın 75-ci ildönümünə həsr olunub.

Sammitdə bloka üzv olan 32 ölkənin liderləri iştirak edir. Bu, İsveç üçün birinci, Finlandiya üçün ikinci sammitdir.