Müttəfiqlər Ukraynaya verilən mərmi və raketləri ARTIRIRbackend

Müttəfiqlər Ukraynaya verilən mərmi və raketləri ARTIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri üçün daha çox raket veriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov öz Facebook səhifəsində Kiyevə dəstək üzrə təmas qrupunun görüşünün nəticələrinə istinadən bildirib.

O qeyd edib ki, Almaniyadakı Amerikan Ramşteyn aviabazasında keçirilən görüşün əsas mövzusu sursat olub. Nazirin sözlərinə görə, tərəfdaşlar Kiyevə 155 mm, 152 mm və 105 mm-lik artilleriya mərmilərindən ibarət hərbi yardım paketləri göndərəcəklər.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz üçün daha çox raket olacaq”, – o yazıb. Hərbi idarə rəisi onu da qeyd edib ki, daha bir neçə dövlət “pilotsuz uçuş aparatları koalisiyasına” qoşulub və töhfə verib. Mart ayında Ukraynaya pilotsuz uçuş aparatlarının ilk partiyasının göndərilməsi gözlənilir.

Bundan əlavə, o bildirib ki, F-16 qırıcıları da Ukrayna səmasını bağlamağa kömək etməlidir. O əlavə edib ki, Kiyev bu təyyarələrin mümkün qədər tez Ukraynaya çatmasını təmin etmək üçün bütün tərəfdaşlarla – ABŞ, Danimarka, Belçika, Hollandiya, Rumıniya və digərləri ilə fəal işləyir./modern.az/