“Sumqayıt Dövlət Universiteti” publik hüquqi şəxs 3-cü korpusda qazanxana və istilik sisteminin əsaslı təmiri ilə bağlı satınalma keçirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “VEDİBASAR İNŞAAT” MMC seçilib.
Tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 225.259,9 AZN təşkil edir.
Qalib şirkət barədə açıq mənbələrdə yer alan məlumata görə, “VEDİBASAR İNŞAAT” MMC-nin nizamnamə kapitalı cəmi 50 manatdır. Şirkətin hüquqi ünvanı Samux rayonu, Seyidlər kəndində yerləşir. Qanuni təmsilçi isə Orxan Əlizadə Səbirəddin oğludur.