Müxalif daşnak Ermənistana buraxılmadıbackend

Müxalif daşnak Ermənistana buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda müxalif “Daşnaksutyun” Partiyasının üzvü Murad (Frank) Papazyanın ölkəyə girişinə qadağa qoyulub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb: “Əziz dostlar, sizə böyük kədər hissi ilə bildirirəm ki, dünən məni Ermənistana buraxmadılar. Baş nazir Nikol Paşinyanın göstərişi ilə məni vətənimdə arzuolunmaz şəxs kimi təqdim ediblər. Polis məni İrəvana yenicə düşən təyyarədə saxladı və pasportumu müsadirə etdi. Bilirdim ki, Azərbaycana və Türkiyəyə girişimə qadağa qoyulub, indi də bilirəm ki, Paşinyanın Ermənistanında mənə eyni qadağa tətbiq edilib.

Ermənistan dövləti uğrunda 40 illik mübarizəmdən sonra belə bir münasibətə “layiq olmaq” mənə sadəcə ağrı verir. Nikol Paşinyanın bu qərarı onun üzərinə düşən məsuliyyəti dərk etməməsi barədə olan bir faktdır.

Gec-tez Ermənistan xalqı başa düşəcək ki, Ermənistanı zəiflətmək üçün hər cür səy göstərən bu liderdən yaxa qurtarmaq lazımdır. Diaspor da anlayacaq! Amma artıq deməyin vaxtıdır – DAYAN!”, – deyə müxalifətçi yazıb.