Müxalif deputat Paşinyanı təslimçi adlandırdı: Spiker onu hədələdibackend

Müxalif deputat Paşinyanı təslimçi adlandırdı: Spiker onu hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi “Şərəfim var” fraksiyasından olan millət vəkili Anna Mkrtçyan Nikol Paşinyanı kapitulyant adlandırıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, iqtidar “Vətəndaş Müqaviləsi” partiyasının təmsilçiləri dərhal onun sözlərinə kəskin reaksiya veriblər.

Əvvəlcə məclisin vitse-spikeri Akop Arşakyan deputatı hökumət başçısına qarşı düzgün və hörmətli olmağa çağırıb. Mkrtçyan isə öz növbəsində adla çağırmanın hörmətsizlik olmadığını vurğulayıb və vitse-spikerin onun sözünü kəsmək səlahiyyətinin olmadığını diqqətə çatdırıb.

Vəziyyətin gərginləşdiyini görən parlamentin spikeri Alen Simonyan isə deputatın mikrofonunu söndürüb, hətta Paşinyanı təslimçi adlandırdığına görə Anna Mkrtçyanı töhmətlə hədələyib.

Xatırladaq ki, Paşinyanı eks-prezident Serj Sarkisyan kapitulyant (təslimçi) adlandırır…