Müxalif nəşr: Paşinyanın mətbuat konfransı quramadırbackend

Müxalif nəşr: Paşinyanın mətbuat konfransı quramadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan bu gün mətbuat konfransı keçirmək qərarına gəlib. Lakin görüş media nümayəndələri ilə üzbəüz deyil, onun sevimli sosial şəbəkəsi feysbukda canlı olaraq keçiriləcək. Bu barədə bir gün əvvəl Nikol Paşinyan feysbuk səhifəsində canlı yayımda media və ictimai təşkilatların suallarını cavablandıracağını bildirmişdi”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Erməni nəşru mövzunu belə davam etdirib: “Sosial şəbəkələrdə bir çoxları bildirir ki, Paşinyan ona xoş və rahat suallarla “mətbuat konfransı” təşkil etməyə qərar verib.

Nikol Paşinyanın sözlərinə görə, canlı yayım bir saat yarım və ya iki saat çəkəcək. Nəzərə alsaq ki, Paşinyan hər suala uzun müddət və yorucu cavab verir, bir mövzudan digərinə, necə deyərlər, kol-kos ətrafında keçir, onda onun 10-15 suala cavab verə biləcəyini ehtimal etmək olar. Bu arada axşam ərəfəsində onun paylaşımının altına 1000-dən çox şərh yazılıb. Onun media və ictimai təşkilatların suallarını cavablandıracağı açıq şəkildə qeyd edilsə də, sualların əksəriyyətini vətəndaşlar yazıb. Üstəlik, onları sual adlandırmaq belə çətindir.

Əvvəla, “xilaskarımız”, “sevimli baş nazirimiz” standart üslubunda çoxlu sayda məqsədyönlü, mütəşəkkil şərhlər diqqəti çəkir. Ümumiyyətlə, müxtəlif formalarda. Bir sual üstünlük təşkil edir: “Nə vaxt gedəcəksən?”

“Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, “100 fakt” tezliklə dərc oluna bilər, amma bu dəfə Paşinyanın yox, müxalifətin müəllifliyi ilə. Söhbət Paşinyan və onun hakimiyyətinin iflasa uğradığı “100 fakt”dan gedir. Mənbələrimizin bildirdiyinə görə, bütün sahələrdə uğursuzluqla nəticələnən minlərlə fakt arasından hələ də ən mühüm 100-nü seçə bilmədikləri üçün nəşr ləngiyir”.