Müxalif siyasətçi Paşinyanı devirməyin planını təqdim edəcəkbackend

Müxalif siyasətçi Paşinyanı devirməyin planını təqdim edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyanın vəzifədən uzaqlaşdırılması üçün hazırladığım yeni planı sabah təqdim edəcəyəm”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Ermənistan Ali Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan deyib.

“İndi Respublika meydanındayam. Sabah, avqustun 10-da saat 12:00-da erməni xalqının ən böyük düşməni Nikol Paşinyanın hakimiyyətdən qovulması və yeni prosesin başlanmasını təqdim etmək üçün elə buradaca mətbuat konfransı keçirəcəyəm.

Təfərrüatları sabah təqdim edəcəyəm. Təfərrüatlar prosesin ideoloji aspektinə, eləcə də konkret tədbirlərə və onun qrafikinə aiddir”, – deyə o əlavə edib.