Müxalifət tərəfdarları Belqradda Dövlət Administrasiyası və Yerli İdarəetmə Nazirliyinin binası qarşısındakı küçəni bağlayıblar.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə “RİA Novosti”-nin müxbiri məlumat verib.
Aksiya iştirakçıları “seçki oğurluğu” ilə bağlı şüarlar və “Mübarizə” hərəkatının simvolları olan plakatlar gətirib, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Serb politoloqu Stevan Qajiç hesab edir ki, müxalifətin fəallığına baxmayaraq, güc yolu ilə hakimiyyətin dəyişdirilməsi mümkün deyil.
Bundan əvvəl, aksiyalar fonunda Serbiya prezidenti Aleksandar Vuçiç xalqa təcili müraciəti zamanı bildirib ki, müxalifət tərəfdarlarının Belqrad Məclisinin binasına basqın etmək cəhdi xarici amildən qaynaqlanıb və məqsəd ölkənin suverenliyinə zərbə vurmaq olub.
“Serbiya vətəndaşları, sizə demək istəyirəm ki, vəziyyət dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün çalışırıq.”, – deyə prezident vurğulayıb.
Etirazın təşkilatçısı olan “Serbiya Zorakılığa Qarşı” Koalisiyası parlament seçkilərində cəmi 23 faiz səs toplayıb.