Müxalifət katalikosu mitinqi dəstəkləməyə çağırdıbackend

Müxalifət katalikosu mitinqi dəstəkləməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxalifətin “Müqavimət” hərəkatının koordinatoru, Ermənistan parlamentinin “Ermənistan” blokunun üzvü İşxan Saqatelyan bütün ermənilərin katolikosu II Qaregini noyabrın 5-də keçiriləcək mitinqə dəstək verməyə çağırıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, İ.Saqatelyan noyabrın 5-də “Dağlıq Qarabağ”ın suverenliyi və Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçün müxalifətin İrəvanda böyük mitinq keçirəcəyini bəyan edib.

“Erməni Apostol Kilsəsinə və Katolikosuna müraciət edirəm, onun xeyir-duası və bu təşəbbüsə dəstək olması vacibdir. Ziyalıları bu mitinqdə iştirak etməyə çağırır, gəncləri küçələrə çıxmağa səsləyirəm. Hamıya müraciət edirəm, siyasi qüvvələr bütün fikir ayrılıqlarını bir kənara atmalı və vahid ideya ətrafında birləşməlidir”, – deyə müxalif deputat bildirib.

Onun fikrincə, parlament çoxluğu da mübarizəni dəstəkləməli, Nikol Paşinyanın maraqlarını müdafiə etməməlidir.

Saqatelyan əmindir ki, indiki hakimiyyət xalqın iradəsini və maraqlarını ifadə etmir. Konkret və gələcək planlara gəlincə, onlar qarşıdakı mitinqdə açıqlanacaq.