Müxalifət Paşinyanı devirə bilməyəcəkbackend

Müxalifət Paşinyanı devirə bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən inanmıram ki, Ermənistanda müxalifət qüvvələri qalib gəlsin”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanda hökumət əleyhinə etiraz aksiyalarının keçirilməsinə münasibət bildirərkən deyib.

“Amma sui-qəsd olarsa, bunu düşünmək çətindir. Belə halları istisna etmək olmaz. 1999-cu ildə belə bir hadisə yaşanmışdı. O zaman hadisələr necə inkişaf edəcək demək çətindir”, – deyə F.Şəfiyev İrəvanda baş verənlərdən danışıb.

Qeyd edək ki, aprelin 25-dən bəri Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları keçirilir.