Müxalifət Paşinyanla görüş üçün şərt qoydubackend

Müxalifət Paşinyanla görüş üçün şərt qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifətinin yaratdığı “Vətənin xilası uğrunda hərəkat” ölkədə mövcud vəziyyəti stabilləşdirmək üçün prezident Armen Sarkisyanla görüşə hazırdır.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Daşnaksutyun Partiyasının nümayəndəsi, hərəkatın əlaqələndiricisi İşxan Saqatelyan bildirib.

“Hərəkatın üzvləri prezident, baş nazir və parlament fraksiyaları ilə görüşməyə hazırdır, ancaq Paşinyanın (Ermənistanın baş naziri Nikol Paşinyan) istefası üçün yol xəritəsini müzakirə etmək üçün”, – deyə o bildirib.

Onun sözlərinə görə, baş nazirin istefasından sonra erkən parlament seçkilərinin keçirilməsi müvəqqəti hökumət qurulmalıdır.