Müxalifət prezidentdən təcili görüş TƏLƏB EDİRbackend

Müxalifət prezidentdən təcili görüş TƏLƏB EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifəti prezident Armen Sarkisyanla təcili görüş tələb edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Vətənin Xilası Naminə Hərəkat prezidentin mövqeyini çox təhlükəli hesab edib.

“Hərəkat Baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyanın bugünkü qərarından narahatlığını bildirir. Geniş yayılmış məlumatda ölkə başçısı Nikol Paşinyanın məlum qərarını Konstitusiya Məhkəməsində həll etmək fikrindən yan keçir. Yuxarıda göstərilənlərə əsaslanaraq, Hərəkatın nümayəndələri Ermənistan prezidenti ilə təcili görüş tələb edirlər”, – deyə feysbuk səhifəsində paylanılmış bəyanatda yazılıb.

Bir az öncə xəbər vermişdik ki, Sarkisyan Baş nazirin təqdimatını təsdiq etməsə də, məhkəmədə bu məsələni deyil, yalnız 2018-ci ildə təsdiq olunmuş öz səlahiyyətləri barədə vəsatət qaldıra bilər. Deyəsən, müxalifət prezidentə çıxış yolu söyləmək istəyir və bunu Baş Nazirdən gizlətməyə çalışır…