Müxalifət: Yalnız Paşinyanın hakimiyyətdən gedişi sabitlik yaradacaqbackend

Müxalifət: Yalnız Paşinyanın hakimiyyətdən gedişi sabitlik yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda iqtidarda olan rejimin hakimiyyətdən kənar edilməsi ölkədə sabitliyi qurmağa imkan verəcək.

NOCOMMENT interfaks-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalif Vətən Partiyası bəyan edib.

“İşgəncələri və qanunsuz saxlanılmaları qəti şəkildə pisləyirik, qeyri-qanuni saxlanılmış şəxslərin təcili azad olunmasını tələb edirik. Yenidən təsdiqləyirik ki, yalnız mövcud rejimin hakimiyyətdən dərhal kənarlaşdırılması ölkədə sabitlik və əmin-amanlığın bərqərar olmasına imkan verəcək”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi partiya bildirib.

“Ermənistanın baş naziri vəzifəsini tutan şəxsin Sünik əyalətinə səfəri daxili siyasi gündəmi dəyişdirməyə yönələn planlı təxribat idi”, – deyə partiyadan bildirilib.

Partiyada hesab edirlər ki, baş nazir Nikol Paşinyan ölkədəki “nisbi sabitliyi” pozub, o, cari və gələcək hadisələrə görə tam məsuliyyət daşıyacaq.