Müxalifət yenə İrəvanın küçələrində toplaşacaqbackend

Müxalifət yenə İrəvanın küçələrində toplaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan müxalifətinin Vətənin Xilası Hərəkatı bu gün yerli vaxtla saat 16:00-da Yerevanın mərkəzindəki Baqramyan prospektində növbəti etiraz aksiyası keçirəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.

“Ordunun və respublikanın prezidentə təzyiqi davam edir. Bizim dəstəyimiz çox güclüdür.

Varlığımız, qətiyyətimiz, möhkəmliyimizlə nəticələr əldə edirik. Baqramyan prospekti mübarizə meydanımızdır, bura evimiz, səngərimizdir. Bu, qorumalı olduğumuz səngərdir. Ermənistanın siyasi gündəliyi burdan diktə edilir”, – deyə  Saqatelyan söyləyib.

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası əleyhinə aksiyalar artıq bir neçə aydır davam edir.