Müxalifətçi: Paşinyanın məsələsini 3 günə həll etmək olarbackend

Müxalifətçi: Paşinyanın məsələsini 3 günə həll etmək olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyandan qurtulmaq üçün erməni xalqına yalnız 3 gün lazımdır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri “Milli Razılıq” partiyasının sədri Aram Arutyunyan deyib.

Müxalifətə müraciət edən Arutyunyan onları bir-biri ilə barışmağa, oyun qaydalarına riayət etməyə çağırır: “Lakin bu o demək deyil ki, səhv edən siyasi qüvvənin səhvləri barədə danışmaq olmaz, əksinə, ictimaiyyətlə dürüst olmaq lazımdır. Xanım Pelosinin səfəri göstərdi ki, dövlətimiz nə qədər gülünc vəziyyətdədir, heç bir qurum işləmir, bugünkü hökumət institusional mənada araqarışdırandır”.

O, əmindir ki, “Paşinyanın məsələsi” 3 gün ərzində həll oluna bilər, sadəcə, insanları hökumət binasına yönəltmək və demək lazımdır ki, onlar heç yerə getməyəcəklər: “Belə ki, Paşinyan istefa verənə qədər camaat orada qalacaq. Paşinyan məhvə məhkumdur və çox yaxşı bilir ki, Ermənistanda onu qoruyan bir neçə min insan olmasa, Ermənistanda qala bilməz. Çünki Rusiya özünü problem və xərclərə salan şəxsə zəmanət verməyəcək. Qərbə gəldikdə isə, heç kim təminat verə bilməz ki, Nikol Paşinyandan yaxşısını tapmayacaqlar”.