Muxtar Babayev erməni vəzifədaşına məktub göndərdibackend

Muxtar Babayev erməni vəzifədaşına məktub göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hökuməti Ermənistandan həmsərhəd Ararat vilayətinin Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edir.

NOCOMMENT.az VOA-ya istinadla xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ermənistanın ətraf mühit naziri Akop Simidyana bununla bağlı məktub ünvanlayıb.

Məktubda bildirilir ki, Espo Konvensiyasının 1-ci Əlavəsinə əsasən, metallurgiya zavodları açıq şəkildə əhəmiyyətli mənfi transsərhəd təsirə səbəb ola biləcək fəaliyyət kimi tanınır: “Ermənistan qeyd olunan fəaliyyətin ətraf mühitə təsiri ilə bağlı Azərbaycanı xəbərdar etməyə borcludur. Lakin Azərbaycan bu layihə ilə bağlı heç bir bildiriş almayıb”.

Layihənin transsərhəd təsiri ilə bağlı suallar aydınlaşdırılana qədər Ermənistandan zavodun tikintisinin dərhal dayandırılmasını tələb olunur.

70 milyon dollarlıq Yerasx metallurgiya zavodunu “GTB Steel” Amerika-Ermənistan şirkəti tikir. Şirkət ətraf mühitə mənfi təsirin olmaması üçün müasir texnologiyalar həyata keçiriləcəyini bildirib.