Myanmada kəndə basqın zamanı ordunun 19 nəfəri öldürdüyü iddia edildibackend

Myanmada kəndə basqın zamanı ordunun 19 nəfəri öldürdüyü iddia edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Myanmada etnik silahlı təşkilatlarla qarşıdurmalardan sonra ordunun kəndə basqında ən azı 19 nəfəri öldürdüyü, cəsədləri yandırdığı iddia edilib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Azad Asiya” radiosunun (RFA) hesabatına görə, ölkənin mərkəzi hissəsində yerləşən Baqo bölgəsindəki Nyaunq Pin Thar kəndinə daxil olan Myanma əsgərlərinin 4-ü uşaq olmaqla 19 mülki vətəndaşı qətlə yetirdiyi bildirilib.

RFA-ya danışan Xalq Müdafiə Qüvvələri (PDF) rəsmisi mayın 10-da hərbi çevrilişə qarşı Myanma ordusu ilə PDF silahlı qruplaşması arasında baş verən qarşıdurmada 20 əsgərin həlak olduğunu, 3 hərbçinin isə əsir götürüldüyünü bildirib.

NOCOMMENT.AZ