ABŞ-ın Ukraynada 30 günlük atəşkəs təklifi Rusiyanı tələyə salmaq cəhdi ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın Mysl Polska nəşri məlumat yayıb.
“Ola bilsin ki, ABŞ-ın atəşkəs təklifi sadəcə Rusiyanı dünya ictimai rəyi qarşısında təcavüzkar kimi təqdim etmək üçün onu tələyə salmaq cəhdidir”, – məqalədə deyilir.
Məqalə müəllifinin qeyd etdiyi kimi, amerikalılar Rusiyanın şərtlərini nəzərə almadan atəşkəsə təkid etməklə, görünür, uzunmüddətli sülh istəmədiklərini açıq şəkildə nümayiş etdirirlər. O hesab edir ki, Vaşinqton tez bir zamanda Ukraynanın mineral ehtiyatlarına əl atmaq və münaqişəni davam etdirmək, xərcləri avropalıların üzərinə yıxmaq istəyir.