Nadir Qafarzadə Azərbaycandan gedirbackend

Nadir Qafarzadə Azərbaycandan gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nadir Qafarzadə Azərbaycandan köçür.

NOCOMMENT xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında video yayımlayaraq ölkədən gedəcəyini açıqlayıb: “İstədim, bu fikilərimi sizinlə də bölüşüm. Artıq qərar verdim, bu ölkədən gedirəm. Bu, birdəfəlik, ya da qısamüddətli də ola bilər. Bu haqda dəqiq heç nə deyə bilmərəm. Onu zaman göstərər. Əgər burada proseslər uzun çəkərsə, orada qalmalı olacağam.

Getdiyim yerdə bir işlə məşğul olaram, başım qarışar. İnşallah, gözləsin bizi xarici ölkələr… Yəqin ki, elə də uzağa deyil, yaxın ölkələrdən birinə gedərəm. Heç kimin yerini dar etmərəm”.