“Nağıl” meydanın adı “Tramp” oldu – Ukraynadabackend

“Nağıl” meydanın adı “Tramp” oldu – Ukraynada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Çerniqov şəhərindəki meydanlardan birinin adı Donald Trampın şərəfinə dəyişdirilir.

NOCOMMENT.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə qərarı Çerniqov Şəhər Şurasının 46-cı növbədənkənar sessiyasında 22 deputat dəstəkləyib.

Sonradan məlum olub ki, söhbət “Nağıl” meydanının adının dəyişdirilməsindən gedir.

Bu addımın “görkəmli müasir siyasi liderləri şərəfləndirmək və qəhrəman şəhər Çerniqovun bərpasına beynəlxalq diqqəti cəlb etmək üçün” atıldığı bildirilib.

“Çerniqovlular səmimi ümidlərini bildirirlər ki, yeni beynəlxalq çağırışlar dövründə Donald Tramp daha böyük müharibəyə son qoymağa və davamlı sülhü əldə etməyə nail olacaq. İnanırıq ki, məhz buna görə o, Nobel Sülh Mükafatına layiq olacaq”, – deyə qərarı əlavə edilən izahat vərəqində deyilir.

Təklifi təqdim edən deputat Marina Semenenko qeyd edib ki, növbəti addım ABŞ prezidentini və ailəsini qəhrəman şəhər Çerniqovu ziyarətə dəvət müraciəti olacaq.

Xatirə SADİQ