“1 nömrəli Bakı Tibb Kolleci” publik hüquqi şəxs “Azelektro” MMC ilə dəyərində müqavilə imzalayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bağlanmış müqaviənin dəyəri 15.036,74 manatdır. Müqavilə üzrə kollecin qazanxanasında quraşdırma işlərinin aparılması nəzərdə tutulur.
32gun.az-ın əldə etdiyi digər vacib məlumata görə, şirkətin hal-hazırda 49.318,52 manat məbləğində vergi borcu mövcuddur.
Bildirək ki,“Azelektro” MMC-nin nizamnamə kapitalı cəmi 50 manatdır, qanuni təmsilçisi isə Azər Həşimov Əkbər oğludur.
Qeyd edək ki, kollecin direktoru, tibb elmləri namizədi Əliyeva Nailə Həsən qızı müqaviləyə rəhbərlik etdiyi dövrdə imza atıb.