Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışladı: “Əlində “Quran” gəldi…”backend

Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışladı: “Əlində “Quran” gəldi…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aşıq Namiq Fərhadoğlu atasının ölümündə ittiham etdiyi həkimi bağışlayıb.

NOCOMMENT.az Viral.az-a istinadən xəbər verir ki, o, açıqlamasında həkimin adını açıqlamaq istəməyib.

“Atamı bu gün dəfn etdik. Mən şou istəmirəm. Həkim dünən əlində “Quran” gəldi, and içdi ki, istəyirsən, məni öldür, amma günahım yoxdur, normal müalicə etmişəm, atanız 15-16 gün də yaşayıb. Mən də hacı, kərbəlayiyəm, Allaha, “Quran”a inanan adamam. Həkimi bağışladım. Ekspertiziya, prokurorluğa yazdırmadıq. Evdəkilər də xahiş etdilər ki, yazdırmayaq. Düşmən qazanan adam deyiləm. Hamı bilir. Balalarının canına and içdi ki, səhv deyirəmsə… İnsanıq də. “Quran”ın iki başı var, kim yalandan and içirsə, Allah cəzasını verəcək. Allaha qurban olum…” – o bildirib.