“Napoli”nin futbolçusu qarət olunubbackend

“Napoli”nin futbolçusu qarət olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Napoli” klubunun futbolçusu Adam Unas qarət olunub.

“NOCOMMENT Report-a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu evinin qarşısında soyğunçularla qarşılaşıb.

Onlar diqqəti cəlb etməmək üçün əlcəzairli oyunçunu qaraja aparıblar. Unasdan bütün pulunu və qızıl-zinət əşyalarını verməsini tələb ediblər. Forvardın yanında formasından əlavə 5 min avro dəyərində zəncir olub.

Qeyd edək ki, “Napoli” bu gün İtaliya A Seriyasının XVIII turunda “Milan”la üz-üzə gələcək.