“Qarabağ” “Napoli”yə məğlub oldubackend

“Qarabağ” “Napoli”yə məğlub oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” “Napoli”yə 2-0 hesabı ilə məğlub oldu.

***01:30

“Napoli” (İtaliya) və “Qarabağ” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ikinci qol vurulub.

NOCOMMENT.az-ın məlumatına görə, “Stadio Diego Armando Maradona” stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar – 2:0.

72-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

*** 01:24

“Napoli” (İtaliya) və “Qarabağ” komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk qol vurulub.

NOCOMMENT.az-ın məlumatına görə, “Stadio Diego Armando Maradona” stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.

66-cı dəqiqədə Skott Maktominey adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start götürüb.

NOCOMMENT.az xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Napoli”: Milinkoviç Saviç, Alessandro Buoncorno, David Neres, Skott Maktominey, Amir Rahmani, Matias Olivera, Rasmus Hoylunn, Covanni Di Lorenso (k), Sam Byokema, Stansislav Lobotka, Noa Lanq

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Canlı yayımı təqdim edirik: