“Nar” “5G” şüalarını yayan “Wi-Fi” cihazlarının evlərə paylanmasına AYDINLIQ GƏTİRDİbackend

“Nar” “5G” şüalarını yayan “Wi-Fi” cihazlarının evlərə paylanmasına AYDINLIQ GƏTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nar Mobile” Mobil Rabitə Operatoru tərəfindən “5G” şüalarını yayan “Wi-Fi” cihazlarının evlərə paylanması məsələsinə aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, “Nar Mobile” şirkətinin sözçüsü Əziz Axundov bu barədə yayılan söz-söhbətə aydınlıq gətirib:

Əziz Axundov

“Son günlərdə “WhatsApp”“Facebook” sosial şəbəkələri üzərindən “Nar”–ın zərərli “5G” şüalarını yayan “Wi-Fi” cihazlarının evlərə paylanması ilə bağlı yalan məlumatlar yayılıb. Diqqətinizə çatdırıram ki, “Nar” “5G” üzərindən heç bir xidmət göstərmir və şirkət hər hansı “5G” avadanlığının evlərə paylanılmasını həyata keçirmir. Bütün abunəçilərimizi məhsul və xidmətlərimizlə bağlı yalnız rəsmi sosial media səhifələrimizdə və vebsaytımızda yerləşdirilən məlumatlara əsaslanmağa çağırırıq”.