“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr  etdibackend

“Nar” Bayraq Günü münasibətilə “Cümhuriyyət bayrağı” kitabını nəşr etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nar” tariximizin ən şanlı səhifələri olan Zəfər və Bayraq Günü münasibətilə xalqımızıtəbrik edir və Zəfər Gününün üçrəngli nişanəsi olan bayrağımızın tarixindən bəhs edən“Cümhuriyyət bayrağı” kitabını nəşr edib. Bayraq günü münasibətilə çap olunan kitabCümhuriyyət dövründən tutmuş, müzəffər ordumuzun Qarabağa bayrağımızı sancmasınaqədərki tarixindən bəhs edir.

NOCOMMENT.az xəbər verir ki, milli mənliyimizi ifadə edən bayrağımızın müasir dövr ilə yanaşı, Cümhuriyyət vəmühacirət illərinə aid mühüm fotoşəkillər və sənədlərinin də yer aldığı kitabın müəllifiməşhur araşdırmaçı-yazar Dilqəm Əhməddir.

Həmçinin, kitaba olan marağı nəzərə alaraq, “Nar”ın sosial media səhifəsində müsabiqəkeçirilir: Bayrağımızın 105-ci ildönümü münasibətilə təqdim olunan suallara cavab verənsosial şəbəkə istifadəçilərinə “Nar” “Cümhuriyyət Bayrağı” kitabını hədiyyə edir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar”son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobiloperator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.