“Nar” 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək bal toplayan ilk on abituriyenti dəyərli hədiyyələrlə mükafatlandırıb. Modern.az İnfromasiya Agentliyinin media dəstəyi ilə baş tutan layihə çərçivəsində hər bir tələbəyə “Nar”-dan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.
NOCOMMENT.az xəbər verir ki, mükafatlandırma tədbirində iştirak edən tanınmış dövlət və media təmsilçiləri ilin ən uğurlu abituriyentlərini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da gənclərə gələcək təhsil və karyeralarında uğur diləyərək bildirib: “Böyük əzm və zəhmət hesabına əldə etdiyiniz bu yüksək göstəricinizlə siz gələcək abituriyentlərə nümunə oldunuz. İnanıram ki, ali təhsil həyatınızda da biliyinizlə tələbə yoldaşlarınıza örnək olacaq və daha da böyük uğurlar qazancaqsınız.”
Xatırladaq ki, “Nar” artıq yeddi ildir ki, ən yüksək bal toplayan abituriyentləri təhsilə daha da motivasiya etmək üçün onları bir araya gətirərək mükafatlandırma mərasimi təşkil edir. Qeyd edək ki, korporativ sosial məsuliyyət yanaşmasının bir hissəsi kimi təhsilə strateji diqqət “Nar”-ın həm fərdlərə, həm də daha geniş ictimaiyyətə müsbət və davamlı təsir yaratma bağlılığını vurğulayır. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.
“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.