Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları İsrailin köməyi ilə ABŞ-ı Suriyadan qoşunları çıxarmaq planından əl çəkməyə razı salmağa çalışırlar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
“Yeni Şəfəq” qəzetinin yazdığına görə, PKK sıralarında Amerika qoşunlarının bölgədən çıxarılması ehtimalı ilə bağlı təşviş və narahatlıq var.
Nəşr qeyd edir ki, əgər İsrail beynəlxalq dəstəyi təmin edə bilsə və ABŞ-ı Suriyada koalisiyanı saxlamağa inandırsa, bu, mühüm tarixi hadisəyə çevrilə bilər.