Hindistanın Baş naziri Narendra Modi noyabrda keçiriləcək yerli seçkilər ərəfəsində Bihar ştatındakı qadınlara 845 milyon dollardan çox vəsaitin ödəniləcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Modi bildirib ki, ştatda 7,5 milyon qadına hər birinə 10 min rupi (təxminən 112,74 ABŞ dolları) veriləcək.
“Bu proqram hər ailədə bir qadına fayda gətirəcək”, – deyə Modi əlavə edib.
Nəşrdə qeyd olunur ki, Modi və onun rəhbərlik etdiyi “Bharatiya Janata Party” son illərdə müxtəlif ştatlarda keçirilən seçkilər öncəsi ictimai dəstəyi gücləndirmək üçün oxşar təşəbbüslər elan ediblər.
Analitiklərin fikrincə, qadınlara yönəldilən milyonlarla dollarlıq bu tip ödənişlər bəzi bölgələrdə seçki qələbələrinin əsas səbəblərindən biri olub.