Türkiyənin Diyarbakır bölgəsində 8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaq çərçivəsində yeni detallar ortaya çıxıb.
NOCOMMENT.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, evdəki sübutlardan əldə edilən DNT nəticələrinə görə, baş prokurorluq Narinin öz evindəki otaqda qətlə yetirildiyi qənaətinə gəlib.
Avqustun 21-də saat 15:15 radələrində Narinin evə getdikdən az sonra boğularaq öldürüldüyü təsdiqlənib.
İstintaq çərçivəsində həbs edilən 9-u Güran ailəsinin üzvü olmaqla ümumilikdə 12 nəfəri çox sayda vəkil müdafiə edəcək.
Əldə edilən məlumata görə, Güran ailəsinin indiyə qədər 12 vəkilə etibarnamə verdiyi öyrənilib.