Narinin ölümü ilə bağlı DETALLAR: Boğuşma zamanı uşaq kimə müqavimət göstərib?backend

Narinin ölümü ilə bağlı DETALLAR: Boğuşma zamanı uşaq kimə müqavimət göstərib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Ədliyyə Tibb İdarəsinin hesabatına görə, Narinin meyitində onun boğularaq öldürüldüyünə dair əlamətlər müəyyən edilib. Həmçinin uşağın sinəsinə təpik və yumruqla vurulduğuna dair də izlərə rastlanıb.

NOCOMMENT.az xəbər verir ki, uşağın boyun ön əzələ qrupunda və alt çənə qrupunda qanaxma olduğu məlum olub ki, bu da çox güman ki, Narinin əllə boğularaq öldürüldüyünə işarədir.

Mütəxəssislərin sözlərinə görə, stertal qanaxmanın aşkarlanması qızcığazın “iman taxtası” deyilən sinə nahiyəsinə təpik və yumruqla vurulduğunu, bədənin bir çox yerindəki qanaxmalar isə bir boğuşmanın yaşandığını və müqavimət göstərildiyini göstərir ki, bu da qətlin yetkin kişi tərəfindən törədilməsi ehtimalını artırır.

Narin Güranın ölümünün dəqiq səbəbini ortaya çıxaracaq hesabatın sentyabrın 23-də açıqlanması gözlənilir. Geniş hesabatda onun ölüm vaxtı və suda nə qədər qaldığı ilə bağlı da dəqiq məlumatlar veriləcək.