Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp bir gün əvvəl mənalı və dərin söhbət aparıblar və bu söhbət kəşfiyyat orqanlarının rəhbərləri də daxil olmaqla işin davam etdirilməsi üçün lazımi şərait yaradıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin məlumat verib.
“Dünən iki ölkə prezidentləri arasında baş tutan çox mənalı və dərin məzmunlu söhbət, əlbəttə ki, idarələrin, o cümlədən təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri səviyyəsində işin davam etdirilməsi üçün lazımi şərait yaradıb. Əslində, belə bir sərəncam verilib”, – o, TASS-ın sualını cavablandırarkən deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bir gün əvvəl bildirmişdi ki, Putinlə Tramp arasında telefon danışığı təxminən 1,5 saat davam edib.