NOCOMMENT.az xəbər verir ki, o, bunu dünyada aclıq və yoxsulluqla mübarizənin tarixinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.
“1932-1933-cü il hadisələri süni qıtlıq ola bilməzdi. Bunu hazırda bütün tədqiqatçılar üçün əlçatan olan çoxsaylı mənbələr sübut edir”, – TASS Narışkinin sözlərini sitat gətirir.
Onun sözlərinə görə, “Ukrayna kəndlilərinin məhvinə yönəlmiş guya qəsdən Qolodomor-soyqırımı haqqında” mif o zaman Almaniya və Polşada radikal ukraynalı millətçilər tərəfindən kinli şəkildə yaradılıb.
Sentyabr ayında Rusiya səfirliyi İsveçrənin Qolodomoru soyqırım kimi tanıması qərarından qəzəbləndiyini bildirib.
Onlar xatırladıblar ki, 1930-cu illərin aclığı SSRİ-də nə birinci, nə də sonuncu deyil, Volqaboyu, Qazax SSR, Krımda və Qərbi Sibirdə belə faciələr baş verib.