Narkotik çəkib maşın sürən şəxs saxlanıldı – Fotobackend

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər sakini Elçin Mirzəcanlının idarə etdiyi “VAZ-21015” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan NOCOMMENT.aza verilən məlumata görə, sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib və müayinənin də nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub.

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən E.Mirzəcanlı barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Narkotik çəkib maşın sürən şəxs saxlanıldı  - Foto