Narkotik əməliyyatları keçirildi – 33 həbsbackend

Narkotik əməliyyatları keçirildi – 33 həbs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankarada narkotik bölmələrinin son bir həftə ərzində təşkil etdiyi əməliyyatlarda tutulan 295 şübhəlidən 33-ü həbs edilib.

NOCOMMENT xəbər verir ki, Ankara Bölgə Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları tərəfindən son 7 gündə narkotiklərlə mübarizə çərçivəsində təşkil edilən əməliyyatlarda 295 şübhəli saxlanılıb.

Şübhəlilərdən 33-ü götürüldükləri hakimlər tərəfindən həbs edilib.

Baxışlar zamanı 2,7 kiloqram sirr, 1,8 kiloqram bonzai, 1,3 kiloqram kokain, 435 qram metamfetamin, 161 heroin, 33 qram skunks, 2587 ədəd sintetik dərman preparatları, 14 ədəd narkotik həb aşkar edilərək götürülüb.