Narsistlə bir evdə yaşamaq nə deməkdir? – Həkim psixiatr Zaur Qasımov – VİDEObackend

Narsistlə bir evdə yaşamaq nə deməkdir? – Həkim psixiatr Zaur Qasımov – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narsistlə bir evdə olmaq nə deməkdir? Onların gündəlik münasibətində – ailə, partnyor və ya valideyn olaraq hansı davranış nümunələrini biz izləyə bilirik?

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı bu sual ətrafında fikirlərini bölüşüb.

Narsistlə bir evdə olmaq böyük bir çətinlikdir. Belə desək bəlkə də cəhənnəmdir. Yəni, onlarda o qədər tənqidi qəbul etmirlər. Özlərini vacib, gərəkli sayırlar.

Belə deyək, narsistə nəyisə sübut etmək mümkün deyil. O nəsə bir yanlışlıq edirsə də biz normalda yanlışlıq ediriksə, səhvimizi qəbul edirik, üzrxahlıq edirik, amma ona nəyisə səhv etdiyini izah etmək mümkün deyil. Ətrafında danışacaq, o tərəfə gətirəcək, bu tərəfə gətirəcək. Və o sübut edəcək ki, bu doğrudur, düzgündür və bunu düzgün edib.