NASA alimləri ilk dəfə asteroidin istiqamətini dəyişdiriblərbackend

NASA alimləri ilk dəfə asteroidin istiqamətini dəyişdiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəşər tarixində asteroidin istiqamətini dəyişmək üçün edilən ilk cəhd uğurla başa çatıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Belə ki, kosmik gəminin Dimorf asteroidi ilə toqquşması səma cismini öz orbitindən müvəffəqiyyətlə yayındırıb. Bu, bəşəriyyət tarixində kosmik obyektin hərəkətinin qəsdən dəyişdirildiyi ilk hadisədir.

Asteroidin komponentlərindən biri ilə planlaşdırılmış toqquşma 2022-ci il sentyabrın 26-na keçən gecə baş verib. İndi NASA toqquşmanın asteroidin kosmosdakı orbitini dəyişdirdiyini təsdiqləyib.

NASA-nın tədqiqat qrupu son iki həftə ərzində əldə edilən məlumatları təhlil edib. Komanda təsdiqləyib ki, kosmik gəmi ilə vurulan zərbə Dimorfosun orbitini 32 dəqiqə dəyişərək orbiti 11 saat 55 dəqiqədən 11 saat 23 dəqiqəyə qədər qısaldıb.