NASA Yupiterin indiyədək qeydə alınmış ən yüksək keyfiyyətli şəkillərini yayımlayıbbackend

NASA Yupiterin indiyədək qeydə alınmış ən yüksək keyfiyyətli şəkillərini yayımlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NASA-nın Juno – “Yunona” kosmik gəmisi Yupiter planetinin tarixdəki ən detallı görüntülərini Yerə geri göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.

“Onun Yerə göndərdiyi şəkillərin son dəsti həqiqətən təsir edicidir”, – nəşrdə qeyd edilir.

Şəkillər iki meqapiksel ayırdetmə qabiliyyətinə malik JunoCam kamerası ilə çəkilib. Fotolar Yupiterin subpolar enliklərində xaotik buludları və siklon fırtınalarını göstərir.

Qeyd edək ki, kosmik gəmi 2011-ci ildə buraxılıb və beş il sonra, 2016-cı ildə Yupiterə çatıb. O vaxtdan bəri, zond planetin və onun peyklərinin yaxınlığında işləyir, şəkillər çəkir və kiçik detallarla dolu məlumatları geri göndərir.