Natiq Cəfərli həbs olunan partiya sədrini yıxıb-sürüdübackend

Natiq Cəfərli həbs olunan partiya sədrini yıxıb-sürüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ReAL İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli “yerində olmayan adamlar”la bağlı sosial şəbəkə hesabında paylaşım edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, N.Cəfərlinin göstərdiyi misallar içərisində biri diqqət çəkib.

O bildirb ki, bir partiya sədrdən, sürücüsündən və orbazlı desək, xaloğludan ibarətdir: “İnternetdə bağırmaqla 40-50 min baxış yığan kimi özü haqqında yüksək fikrə düşür, elə bilir ki, xalq bunun yanındadır, amma başına bir iş gələndə, çıxışlarına görə haqsız, hüquqsuz olaraq həbs ediləndə məhkəməsinə heç 3 nəfər də gəlmir”.

Qeyd edək ki, N.Cəfərlinin VİP sədri Əli Əliyevi qəsd etdiyi bildirilir. Çünki internetdə tiraj yığan və bir neçə gün öncə həbs edilən VİP sədridir.