Natiq Cəfərlinin bu statusu gündəm oldubackend

Natiq Cəfərlinin bu statusu gündəm oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

REAL partiyasının icra katibi Natiq Cəfərlinin, şəhid qardaşının ondan “komando” kursu üçün 6 min manat rüşvət istənilməsi ilə bağlı daha əvvəl səsləndirdiyi iddiaları təkzib etməsi ilə bağlı fikirləri müzakirələrə səbəb olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, N.Cəfərlinin yaydığı videomüraciətə görə şəhid qardaşını ittiham etməsinə sosial şəbəkə istifadəçiləri və tanınmışlar sərt reaksiya veriblər.

N.Cəfərlinin sözügedən statusunun məzmunu belədir: “Bu siyasi sistemin şəhid qardaşına üzr videosu çəkdirəcək qədər alçalması təəccüblü deyil, ağır olan qardaşın bu işə qol qoyması, razı olmasıdır. Axı sənin qardaşın güllədən, ölümdən qorxmayıb, sən nədən çəkinirsən? Səni necə qorxuda bildilər, və ya, bəlkə sözlərini satın aldılar?!

Ağır mənzərədir, “hər şeyin qiyməti var”, -deyə düşündükləri və əmin davrandıqları üçün heç bir müqəddəs dəyəri olmayan sistem 30 ildir ayaqda qala bilir – həm də buna görə, yəni…”

REAL partiyasının icra katibi onu tənqid edənlərə – “yanlış anlaşıldığını”, – deyərək özünü müdafiə edib.

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov əvvəlcə, qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğunu iddi edib. Daha sonra isə o, qardaşının bankdan kredit kimi götürdüyü sözügedən 6 min manatı ailədaxili məsələlərə xərclədiyini bildirib.