Natiq Şirinovun qızı: “Ailə qursam da, atama işlərində kömək edirəm” – FOTObackend

Natiq Şirinovun qızı: “Ailə qursam da, atama işlərində kömək edirəm” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Natiq Şirinovun qızı Sevil Gören sosial şəbəkə hesabında izləyicilərini suallarını cavablandırıb.

NOCOMMENT.az BAKU.WS-ə istinadən xəbər verir ki, istifadəçilərdən biri ona “Hazırda işləyirsiniz ya oxuyursunuz” sualını ünvanlayıb.

Sevil sualı cavablandıraraq bildirib ki, atasına dəstək üçün ölkə xaricində gördüyü işlərdə ona kömək edir:

“Hazırda magistrstura pilləsində təhsil alıram. 15 yaşımdan atamlayam və ona ölkə xaricində gördüyü işlərində kömək edirəm. Ailə qurmuş olsam da, daim onun yanındayam. Yaxın zamanlarda möhtəşəm festivalla qarşınızda olacaq”.

Xatırladaq ki, Natiq Şirinovun qızı Sevil bir müddət əvvəl Semih Gören adlı türk vətəndaşı ilə ailə qurub. Cütlük hazırda Türkiyədə yaşayır. Onlar Türkiyədə magistraturda təhsil alan zaman tanış olublar.