NOCOMMENT.az xəbər verir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) yüksək rütbəli rəsmisi deyib ki, ABŞ Konqresi Ukraynaya böyük maliyyə ayırmaqdan imtina edərsə, Qərb Vaşinqtonun Kiyevə hərbi yardımını dərhal əvəz edə bilməyəcək. Bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Amerika tərəfi hərbi yardım məsələsində aparıcı rol oynayır, Birləşmiş Ştatlar bu sahədə – həm çatdırılma müddətləri, həm də ehtiyatların mövcudluğu baxımından daha yaxşı təchiz olunub.
Rəsmi hesab edir ki, hərbi yardımın hər hansı əhəmiyyətli azaldılması Ukraynaya dəstək üçün kollektiv səylərə kömək etməyəcək.